Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsiminin 650 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya

Nəsiminin 650 illiyinə həsr olunmuş  ədəbi-bədii kompozisiya

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq bu günlərdə Saatlı rayonunda  dahi Azərbaycan şairi Nəsiminin 650 illiyinə həsr edilmiş ədəbi-bədii, musiqili kompozisiya keçirilib. Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin nəzdində fəaliyyət göstərən “ Uşaq və gənclərin yaradıcılıq studiyası”nın rəhbəri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Mehdi Mehdizadənin rəhbərliyi ilə hazırlanmış ədəbi-bədii kompozisiya  tamaşaçılar tərəfindən  rəğbətlə qarşılanıb. 

Rayon icra hakimiyyətinin əməkdaşı Mehriban Ağayeva  öz çıxışında mütəfəkkir  şairin Azərbaycan ədəbiyyatındakı rolundan, şeirlərindəki hər sözün,  hər misranın dərin mənaya malik olduğunu qeyd edib. Dahi şairin  dilimizin  zənginliklərindən məharətlə istifadə etdiyi, Orta Asiyada, Turkiyədə, İranda, İraqda hər kəsin  öz dilində onun şerilərini, qəzəllərini əzbər söylədiyini bildirib.
Qeyd edib ki, şair, həm də Azərbaycan tarixində hürufilik təriqətinin əsas təbliğatçılarından biri olmuşdur. Nəsimi  şeirlərinə fəlsəfi yanaşaraq cahanın, kainatın sirlərini şair dili ilə oxucuya çatdıra bilmişdir. Təsadüfi deyil ki, XIV əsrdə yaşamış  şairin yazdığı  əsərlər XXI əsrin oxucuları tərəfindən də böyük rəğbətlə qarşılanır. 
Dövlətimizin hər zaman ictimai-siyasi, mədəni xadimlərə, onların sənətinə verdiyi dəyərdən, qiymətdən söhbət açan  M.Ağayeva  bunun nəticəsi olaraq  bu il İmaddədin Nəsiminin  650 illik yubileyinə həsr olunmuş ağacəkmə kampaniyalarının, sərgilərin, müsabiqələrin, yarışların və digər tədbirlərin  keçirildiyini vurğulayıb.  
Tədbirdə çıxış edən MKS-nin direktoru Sakit Bağırov, Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sürəyya Zeynalova, rayon mədəniyyət idarəsinin baş məsləhətçisi Şərqiyyə Şahpələngova və başqaları  şairin yaradıcılığından, ölkəmizdə mədəniyyət və incənət xadimlərinə verilən yüksək dəyərlərdən söhbət açıblar.
Sonda dahi şairin qəzəllərinə  həsr olunmuş muğam ifaları səsləndirib və ədəbi-bədii, musiqili kompozisiya nümayiş etdirilib.

Hüseyn EYNULLAYEV,
Saatlı Rayonu Heydər Əliyev Mərkəzinin  əməkdaşı 

 

8 Noyabr 2019 01:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə