Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Təəssüf ki, bu gün demokratiyadan danışan müxalifət qarşıdurmaya üstünlük verir

Deputat: Təəssüf ki, bu gün demokratiyadan danışan müxalifət qarşıdurmaya üstünlük verir

Milli Məclisin deputatı Aydın Mirzəzadə Müsavat Partiyasının noyabrın 10-da Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) binası qarşısında qanunsuz piket keçirmək istəyinə münasibətini açıqlayarkən bildirərib ki, bu gün demokratiyadan, qanunlardan danışan müxalifət təxribata, qarşıdurmaya, polislə toqquşmaya üstünlük verir.

Deputat qeyd edib ki, müxalifət bu cür qanunsuz hərəkətlərə son qoymalıdır. Çünki bununla onlar nə siyasi nüfuzunu artıracaq, nə də ki, qarşılarına qoyulan məqsədə çatacaqlar: “Radikal müxalifətə, o cümlədən, Musavat Partiyasina sadəcə olaraq, bəhanə lazımdır. Onların nə ölkənin problemləri ilə bağlı təklifləri var, nə də cəmiyyətə təqdim edəcəkləri hər hansı proqramları. Gündəmdə qalmaq, hətta hay-küylü hadisələrlə diqqəti cəlb etmək, sabitliyi pozmaq niyyətinə düşüblər. Partiyanın məqsədi hakimiyyətə gəlmək, cəmiyyətin dəstəyini qazanmaq, ölkənin inkişafı ilə bağlı özünün təkliflərini verməkdir. Hazırkı müxalifətdə isə bunların heç biri yoxdur”.

A.Mirzəzadə bildirib ki, bu gün informasiya kommunikasiya texnologiyaları elə inkişaf edib ki, kütləvi aksiyaların harada keçirilməsinin heç bir əhəmiyyəti yoxdur: "Çünki telekanallara, saytlara baxmaqla, hətta adi mobil telefondan istifadə etməklə baş verən hadisələri nəinki Azərbaycana, bütün dünyaya yaymaq olar. Bununla belə, tamamilə mümkündür ki, onlar xaricdən dəstək alıblar, Azərbaycan dövlətinin möhkəmliyini bir daha yoxlamaq üçün bu cür hərəkətlərdən istifadə etməyə çalışırlar. Amma istənilən halda onların hərəkətinə hüquqi cavab veriləcək”.

Xatırladaq ki, Musavat partiyası noyabrın 10-da Tofiq Bəhrəmov adına stadionun qarşısındakı meydan, “Dərnəgül” metro stansiyasının çıxışında olan meydan, yaxud “Məhsul” stadionunda aksiya keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. BŞİH isə partiyanın bu istəyini qəbul etməyərək aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini məqsədəuyğun sayıb.

 

“Xalq qəzeti”

7 Noyabr 2019 14:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə