Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tanınmış pianoçu və bəstəkar Ruslan Ağababayev Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib

Tanınmış pianoçu və bəstəkar Ruslan Ağababayev Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib

Heydər Əliyev Mərkəzində ABŞ-da yaşayan tanınmış pianoçu və bəstəkar Ruslan Ağababayevin konserti keçirilib.

Heydər Əliyev Fondundan verilən xəbərə görə, Ruslan Ağababayev caz və klassik musiqilərdən ibarət proqram təqdim edib. Pianoçu konsertdə müxtəlif kompozisiyalarını səsləndirib.

Xalq artistləri İlqar Muradov, Tünzalə Ağayeva, Ənvər Sadıqov, eləcə də tanınmış makedoniyalı klarnet ustası İsmail Lumanovski konsertdə qonaq qismində çıxışları ilə tamaşaçılarda xoş təəssüratlar oyadıblar.

 Qeyd edək ki, Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasının məzunudur. 1997-ci ildə ABŞ-a gedərək təhsilini orada davam etdirib, caz və kompozisiya üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb.

Onun repertuarına öz kompozisiyaları, Astor Piazzolla, Mişel Leqran, Qara Qarayev və digər bəstəkarların əsərlərinə interpretasiyalar daxildir.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

7 Noyabr 2019 12:59 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə