Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qadın zorakılığına qarşı mübarizə günü ilə bağlı rəsm müsabiqəsi keçirilir

Qadın zorakılığına qarşı mübarizə günü ilə bağlı rəsm müsabiqəsi keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qadına qarşı zorakılıq, ümumən məişət zorakılığı əleyhinə maarifləndirmə məqsədilə “Şiddətin rəngi” adlı rəsm müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi məişət zorakılığı anlayışı, məişət zorakılığı halları və onun doğurduğu mənfi nəticələr barədə yeniyetmə və gənclər arasında məlumatlılığın artırılması, yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi, bu problemin miqyası, təzahürü və cəmiyyətin müxtəlif sahələrinə mənfi təsiri barədə maarifləndirmə işinin aparılmasıdır.

Rəsm əsərlərinin məzmunu məişət zorakılığının mənfi nəticələrini, bu zorakılığa  məruz qalmış qadının iztirablarını ifadə etməlidir.

Müsabiqədə iştirak etmək üçün www.sosial.gov.az saytında “İctimaiyyətlə əlaqələr” bölməsində “Elanlar” yarımbölməsinə və ya https://forms.gle/mwXWsPpdiEVL68CP6   linkinə daxil olaraq anket formasını doldurmaq tələb olunur.

Qeydiyyat noyabr ayının 20-dək aparılacaq. Çəkilən rəsmlər və şəxsiyyət vəsiqəsinin sürəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Sosial təminat siyasəti şöbəsinə təqdim edilməlidir. Seçim 15 -- 29 yaş kateqoriyası üzrə keçirilir. Sərgidə nümayiş üçün seçilən əsərlərin müəlliflərinə Fəxri fərman və aşağıdakı məbləğlərdə pul mükafatları təqdim ediləcəkdir: 1-ci  yer üzrə 1 nəfərə 500 manat, 2-ci yer üzrə 2 nəfərin hər birinə 300 manat, 3-cü yer üzrə 3 nəfərin hər birinə 200 manat. Həmçinin həvəsləndirici yerlər üzrə 5 nəfərin hər birinə 100 manat mükafat verilməsi nəzərdə tutulur.

Musabiqənin qalibləri haqqında məlumat 25 Noyabr -- Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş sərgidə açıqlanacaqdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 Noyabr 2019 11:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə