Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 436 Bakı şəhəri, 4 noyabr 2019-cu il  
 
Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar ­haqqında sənədlərin ­nostrifikasiyası ­(ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya  təkrar ­attestasiya əsasında tanınması barədə şəhadətnamələrin ­formasının təsdiq edilməsi ­haqqında
“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanının 3.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin forması” təsdiq edilsin (əlavə olunur).
 
 
Əli Əsədov 
Azərbaycan Respublikasının Baş Naziri
 
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 noyabr

tarixli 436 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin forması

 

  1.  Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya  təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr  Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 7.2-ci və 7.3-cü bəndlərinə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 6.1-ci və 6.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) tərəfindən verilir.
  2.  Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin təsviri:
    1. şəhadətnamə A4 ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə açıq mavi, xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə isə açıq çəhrayı rənglidir;
    2.  şəhadətnamənin yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əks olunur. Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” və “Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə ŞƏHADƏTNAMƏ” sözləri yazılır, şəhadətnamənin seriyası və nömrəsi, səhifənin aşağı kənarında isə möhür yeri və şəhadətnamənin verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır;
    3. şəhadətnamədə xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamənin nümunəsində göstərilən formada mətn yerləşdirilir (1 nömrəli əlavə);
    4. nömrələnmə xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr üçün müvafiq olaraq “FDN” (fəlsəfə doktoru elmi dərəcəsi üzrə sənədlərin nostrifikasiyası) və ya “EDN” (elmlər doktoru elmi dərəcəsi üzrə sənədlərin nostrifikasiyası), “FDTA” (fəlsəfə doktoru elmi dərəcəsi üzrə sənədlərin təkrar attestasiyası) və ya “EDTA” (elmlər doktoru elmi dərəcəsi üzrə sənədlərin təkrar attestasiyası) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.
  3. Xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin təsviri:

3.1. şəhadətnamə A4 ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Xarici ölkələrdə verilmiş dosent elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə açıq mavi, xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə isə açıq çəhrayı rənglidir;

3.2. şəhadətnamənin yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri əks olunur. Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” və “Xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə ŞƏHADƏTNAMƏ” sözləri yazılır, şəhadətnamənin seriyası və nömrəsi, səhifənin aşağı kənarında isə möhür yeri və şəhadətnamənin verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır;

3.3. şəhadətnamədə xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamənin nümunəsində göstərilən formada mətn yerləşdirilir (2 nömrəli əlavə);

 3.4. nömrələnmə xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr üçün müvafiq olaraq “DSN” (dosent elmi adı üzrə sənədlərin nostrifikasiyası) və ya “PRN” (professor elmi adı üzrə sənədlərin nostrifikasiyası), “DSTA” (dosent elmi adı üzrə sənədlərin təkrar attestasiyası)  və ya “PRTA” (professor elmi adı üzrə sənədlərin təkrar attestasiyası) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

  1. Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilində tərcüməsi ilə birlikdə etibarlıdır.
  2. Komissiya xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə verdiyi şəhadətnamələrin uçotunu aparır.
  3. Şəhadətnamə Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

 

 

“Xarici ölkələrdə verilmiş elmi

dərəcələr və elmi adlar haqqında

sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin forması”na

1 nömrəli əlavə

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası

(ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında

tanınması barədə

Ş Ə H A D Ə T N A M Ə

_______ № _____________

                                                                                (seriya)                          (nömrə)

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının

___________________________ tarixli qərarı ilə

 

__________________________________________________________________________

(adı, atasının  adı, soyadı)

 

__________________________________________________________________________

(ölkə, sənədi vermiş müəssisənin adı)

 

tərəfindən verilmiş   _________________________________________________ ixtisasında

 (elm sahəsinin adı)

 

___________________________________________ elm sahəsi üzrə  ____________ tarixli

                                                    (ixtisasının şifri və adı)                                                                                    (sənədin tarixi)

 

________________ nömrəli ____________________ Azərbaycan Respublikasında tanınır və

    (sənədin nömrəsi)                                                    (sənədin adı)

 

_________________________________________________________________ ixtisasında

                                                                                       (ixtisasının şifri və adı)

_______________________________________________________ elm sahəsi üzrə verilən

                                                                                         (elm sahəsinin adı)

 

 

______________________________________________ elmi dərəcəsinə ekvivalent sayılır.

                                                                                             (elmi dərəcə)

 

 

Sədr:                                                               ______________            _____________________

                                                                            (imza)                                                        (adı, soyadı)

 

Baş elmi katib:                                         ______________            _____________________

                                                                                                                   (imza)                                                       (adı, soyadı)

                           M.Y.

 

 

   BAKI - _____

             il

 

(Bu şəhadətnamə elmi dərəcə haqqında sənədin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilində tərcüməsi ilə birlikdə etibarlıdır.)

 

“Xarici ölkələrdə verilmiş elmi

dərəcələr və elmi adlar haqqında

sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin forması”na

2 nömrəli əlavə

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

Xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə

Ş Ə H A D Ə T N A M Ə

_______ № _____________

                                                                                 (seriya)                          (nömrə)

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının

___________________________ tarixli qərarı ilə

 

__________________________________________________________________________

(adı, atasının  adı, soyadı)

 

__________________________________________________________________________

(ölkə, sənədi vermiş müəssisənin adı)

 

tərəfindən verilmiş   ______________________________________________ elm sahəsinin

(elm sahəsinin adı)

 

_______________________________________________ ixtisası üzrə ____________ tarixli

                                                    (ixtisasının şifri və adı)                                                                                    (sənədin tarixi)

 

________________ nömrəli ____________________ Azərbaycan Respublikasında tanınır və

     (sənədin nömrəsi)                                                    (sənədin adı)

        

­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­_________________________­­­ fəaliyyətə görə

                                                                            (elmi və ya elmi-pedaqoji)

______________­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­________________________________________________­­­ elm sahəsinin

                                                                                (elm sahəsinin adı)

 

__________________________________________________________ ixtisası üzrə verilən

                                                                             (ixtisasının şifri və adı)

 

_____________________________________________ elmi adına ekvivalent sayılır.

                                                                (elmi ad)

 

 

Sədr:                                                               ______________            _____________________

                                                                                                                 (imza)                                                        (adı, soyadI)

 

Baş elmi katib:                                         ______________            _____________________

                                                                                                                  (imza)                                                        (adı, soyadı)

                           M.Y.

 

 

  BAKI - _____

             il

 

(Bu şəhadətnamə elmi ad haqqında sənədin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilində tərcüməsi ilə birlikdə etibarlıdır.)

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə