Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 435 Bakı şəhəri, 4 noyabr 2019-cu il
 
Dosent və professor elmi adları barədə attestatların formasının təsdiq edilməsi  haqqında
“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Dosent və professor elmi adları barədə attestatların forması” təsdiq edilsin (əlavə olunur).
 
Əli Əsədov 
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 noyabr

tarixli 435 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Dosent və professor elmi adları barədə attestatların forması

 

  1.  Dosent və professor elmi adları barədə attestatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 1.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) tərəfindən elmi ad verilmiş şəxslərə həmin elmi adı təsdiq etmək məqsədilə verilir.
  2.  Dosent Attestatının təsviri:
    1.  attestat 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Dosent Attestatı açıq mavi rənglidir;
    2.  attestatın ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur və Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “DOSENT ATTESTATI” sözləri yazılır;
    3.  attestatın digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “DOSENT ATTESTATI ELMİ AD HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə attestatın seriyası və nömrəsi, sağ aşağı hissəsində “DOSENT ELMİ ADI VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və attestatın verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır;
    4.  mətn dosent attestanın nümunəsində göstərilən formada yerləşdirilir (1 nömrəli əlavə);
    5.  attestat qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində “DOSENT ATTESTATI” sözləri həkk olunur, cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Dosent attestatının cildi tünd göy rənglidir;
    6.  nömrələnmə Dosent Attestatı üçün “DS” (dosent) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.
  3.  Professor Attestatının təsviri:

3.1. attestat 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Professor attestatı açıq çəhrayı rənglidir;

3.2. attestatın ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “PROFESSOR ATTESTATI” sözləri yazılır;

3.3. attestatın digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “PROFESSOR ATTESTATI ELMİ AD HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə attestatın seriyası və nömrəsi, sağ aşağı hissəsində “PROFESSOR ELMİ ADI VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və attestatın verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır;

3.4. mətn Professor Attestatının nümunəsində göstərilən formada yerləşdirilir (2 nömrəli əlavə);

3.5. attestat qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində “PROFESSOR ATTESTATI” sözləri həkk olunur, cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Professor attestatının cildi tünd qırmızı rənglidir;

3.6. nömrələnmə Professor Attestatı üçün “PR” (professor) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

  1.  Komissiya dosent və professor elmi adı barədə verdiyi attestatların uçotunu aparır.
  2.  Attestat Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

 

 

 

 

 

 

 

 

 

DOSENT ATTESTATI

ELMİ AD HAQQINDA

DÖVLƏT SƏNƏDİDİR

 

 

 

 

DS №______

         

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ

PREZİDENTİ YANINDA ALİ ATTESTASİYA KOMİSSİYASININ

_______________ TARİXLİ

QƏRARI  İLƏ

_____________________________________________________________

(adı, atasının adı, soyadı)

 

FƏALİYYƏTƏ GÖRƏ

 

  ___________________________                                  

                        (elmi və ya elmi-pedaqoji)

 

ELM SAHƏSİNİN

 

___________________________________________

                                                                   (elm sahəsinin adı)

 

 

_____________________________________________ İXTİSASI ÜZRƏ

                                                                  (ixtisasın şifri və adı)

 

 

DOSENT

ELMİ ADI VERİLMİŞDİR

 

 

SƏDR:                                     ____________           __________________

                                                                                 (imza)                                         (adı, soyadı)

 

 

BAŞ ELMİ KATİB:               ____________           __________________

                                                                                 (imza)                                           (adı, soyadı)

M.Y.

 

“Dosent və professor elmi adları barədə attestatların forması”na

1 nömrəli əlavə

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

DOSENT

ATTESTATI

 

 

 

 

 

 

 

BAKI - _____

                       il

 

 

 

 

 

 

 

 

 

PROFESSOR ATTESTATI

ELMİ AD HAQQINDA

DÖVLƏT SƏNƏDİDİR

 

 

 

 

PR №______

         

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ

PREZİDENTİ YANINDA ALİ ATTESTASİYA KOMİSSİYASININ

_______________ TARİXLİ

QƏRARI  İLƏ

_____________________________________________________________

(adı, atasının adı, soyadı)

 

FƏALİYYƏTƏ GÖRƏ

 

  ____________________________                   

                               (elmi və ya elmi-pedaqoji)

 

ELM SAHƏSİNİN

 

___________________________________________

                                                                    (elm sahəsinin adı)

 

 

_____________________________________________ İXTİSASI ÜZRƏ

                                                                  (ixtisasın şifri və adı)

 

 

PROFESSOR

ELMİ ADI VERİLMİŞDİR

 

 

SƏDR:                                     ____________           __________________

                                                                                 (imza)                                          (adı, soyadı)

 

 

BAŞ ELMİ KATİB:               ____________           __________________

                                                                                 (imza)                                         (adı, soyadı)

M.Y.

 

“Dosent və professor elmi adları barədə attestatların forması” na

2 nömrəli  əlavə

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

PROFESSOR

ATTESTATI

 

 

 

 

 

 

 

 

BAKI-_____

                       il

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə