Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 434 Bakı şəhəri, 4 noyabr 2019-cu il
 
Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların formasının təsdiq edilməsi haqqında
“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 
“Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların forması” təsdiq edilsin (əlavə olunur).
 
 
Əli Əsədov 
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 noyabr

tarixli 434 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri

barədə diplomların forması

 

 

  1.  Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) tərəfindən həmin elmi dərəcələri təsdiq etmək məqsədilə verilir.
  2.  Fəlsəfə Doktoru Diplomunun təsviri:
    1.  diplom 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Fəlsəfə doktoru diplomu açıq mavi rənglidir;
    2.  diplomun ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur və Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri yazılır;
    3.  diplomun digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “FƏLSƏFƏ DOKTORU DİPLOMU ELMİ DƏRƏCƏ HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə diplomun seriyası və nömrəsi, sağ aşağı hissəsində “FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır;
    4.  mətn Fəlsəfə Doktoru Diplomunun nümunəsində göstərilən formada yerləşdirilir (1 nömrəli əlavə);
    5.  diplom qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində “FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri həkk olunur, cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Fəlsəfə doktoru diplomunun cildi tünd göy rənglidir;
    6.  nömrələnmə Fəlsəfə Doktoru Diplomu üçün “FD” (fəlsəfə doktoru) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.
  3.  Elmlər Doktoru Diplomunun təsviri:
    1.  diplom 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Elmlər doktoru diplomu açıq çəhrayı rənglidir;
    2.  diplomun ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, solda Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “ELMLƏR DOKTORU DİPLOMU” sözləri yazılır;
    3.  diplomun digər tərəfinin sol və sağ yuxarı hissələrində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur, Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “ELMLƏR DOKTORU DİPLOMU ELMİ DƏRƏCƏ HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, həmin sözlərin altında isə diplomun seriyası və nömrəsi, sağ aşağı hissəsində “ELMLƏR DOKTORU ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR” sözləri yazılır və ondan aşağıda isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır;
    4.  mətn Fəlsəfə Doktoru Diplomunun nümunəsində göstərilən formada yerləşdirilir (2 nömrəli əlavə);
    5.  diplom qalın örtüklü xüsusi cilddə yapışdırılmadan təqdim edilir. Cildin üz qabığının yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissəsində “ELMLƏR DOKTORU DİPLOMU” sözləri həkk olunur, cildin içərisində isə heç bir qeydiyyat aparılmır. Elmlər doktoru diplomunun cildi tünd qırmızı rənglidir;
    6.  nömrələnmə elmlər doktoru diplomu üçün “ED” (elmlər doktoru) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.
  4.  Komissiya fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə verdiyi diplomların uçotunu aparır.
  5.  Diplom Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.
 
 

 

 

 

 

 

 

 

 

 

 

 

FƏLSƏFƏ DOKTORU DİPLOMU

ELMİ DƏRƏCƏ HAQQINDA

DÖVLƏT SƏNƏDİDİR

 

 

 

 

FD №______

         

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ

PREZİDENTİ YANINDA ALİ ATTESTASİYA KOMİSSİYASININ

_______________ TARİXLİ

QƏRARI  İLƏ

_____________________________________________________________

                                                              (adı, atasının adı, soyadı)

İXTİSASINDA

 

 

________________________________________________

(ixtisasın şifri və adı)

 

________________________________________ ELM SAHƏSİ ÜZRƏ

                                                (elm sahəsinin adı)

 

 

FƏLSƏFƏ  DOKTORU

ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR

 

 

SƏDR:                                     ____________           __________________

                                                                                 (imza)                                          (adı, soyad)

 

 

BAŞ ELMİ KATİB:               ____________           __________________

                                                                                 (imza)                                         (adı, soyadı)

M.Y.

 

“Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların forması”na

1 nömrəli əlavə

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

FƏLSƏFƏ DOKTORU

DİPLOMU

 

 

 

 

 

 

 

BAKI-_____

                       il

 

 

 

 

 

 

 

 

 

 

 

 

ELMLƏR DOKTORU DİPLOMU

ELMİ DƏRƏCƏ HAQQINDA

DÖVLƏT SƏNƏDİDİR

 

 

 

 

ЕD №______

          

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ

PREZİDENTİ YANINDA ALİ ATTESTASİYA KOMİSSİYASININ

_______________ TARİXLİ

QƏRARI  İLƏ

_____________________________________________________________

(adı, atasının adı, soyadı)

İXTİSASINDA

 

 

________________________________________________

(ixtisasın şifri və adı)

 

_________________________________________ ELM SAHƏSİ ÜZRƏ

(elm sahəsinin adı)

 

 

ELMLƏR  DOKTORU

ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR

 

 

SƏDR:                                     ____________           __________________

                                                                                 (imza)                                         (adı, soyadı)

 

 

BAŞ ELMİ KATİB:               ____________           __________________

                                                                                 (imza)                                         (adı, soyadı)

M.Y.

 

“Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların forması”na

2 nömrəli əlavə

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

ELMLƏR DOKTORU

DİPLOMU

 

 

 

 

 

 

 

BAKI-_____

                       il

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə