Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tramp administrasiyası Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsinin əleyhinədir

Tramp administrasiyası Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsinin əleyhinədir

Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsinin əleyhinədir.

ABŞ rəsmisinin sözlərinə görə, administrasiya hesab edir ki, bu qətnamə NATO-da aparıcı müttəfiq olan Türkiyə ilə münasibətlərin daha da kəskinləşməsinə gətirib çıxara bilər.

Administrasiya belə hesab edir ki, bu qətnamə uğursuz vaxtda qəbul edilib və daha çox cəzalandırma xarakteri daşıyan qanunun qəbuluna gətirib çıxara bilər.

O əlavə edib ki, ABŞ-ın soyqırımı məsələsində mövqeyi dəyişməyib.

 

“Xalq qəzeti”

6 Noyabr 2019 16:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə