Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əmək münasibətləri rəsmiləşdirilməlidir

Əmək münasibətləri rəsmiləşdirilməlidir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Nəsimi rayonunda işəgötürənlər üçün “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirib.

Tədbirdə əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Qeyd edilib ki, işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəd olmaqla işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı təminat yaradır. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmalarında da əhəmiyyətli rola malikdir.

Həmçinin əmək müqaviləsinə xitam verilməsinin əsasları diqqətə çatdırılıb. O da bildirilib ki, əmək müqaviləsini ləğv etmək barədə əvvəlcədən xəbərdarlıq üçün ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz.

Qeyri-rəsmi məşğulluq və onun qarşısının alınması ilə bağlı da çıxışlar olub. Bildirilib ki, rəsmiləşdirilməyən əmək münasibəti işçiləri əmək və sosial hüquqlardan məhrum edir, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurulması ilə nəticələnir. Tədbirdə müvafiq mövzularda maarifləndirici çap materialları paylanıb, iştirakçıların sualları cavablandırılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Noyabr 2019 12:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə