Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reabilitasiya kursu keçən uşaqlar üçün musiqili-əyləncəli konsert

Reabilitasiya kursu keçən uşaqlar üçün musiqili-əyləncəli konsert

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçən uşaqlar üçün “Əlini mənə ver, dostum” musiqili-əyləncəli konsert proqramı təşkil olunub.

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən müxtəlif dərnəklərin üzvləri olan uşaqlar reabilitasiya kursu keçən həmyaşıdlarına öz mahnı, rəqs və səhnəciklərini təqdim ediblər. Bir-birindən maraqlı ifalar sağlamlıq imkanları məhdud uşaqlar tərəfindən sevinclə qarşılanıb və onlara xoş təəssüratlar bəxş edib. Həmin dərnəklərin üzvləri və bərpa kursunda olan uşaqlar arasında ilkin dostluq münasibətləri də yaranıb. Tədbir zamanı sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr təqdim olunub.

Müasir tələblərə uyğun bərpa şəraitinin mövcud olduğu Uşaq Bərpa Mərkəzində uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb edilirlər. Burada il ərzində 2 mindən çox sağlamlıq imkanları məhdud uşağa 40 növdə reabilitasiya xidmətləri göstərilir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Noyabr 2019 11:58 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə