Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması ilə bağlı seminar

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması ilə bağlı seminar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Sumqayıt şəhər Təhsil şöbəsində tam orta məktəb direktorlarının, müəllimlərin və valideynlərin iştirakı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” və  “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə məqsədli seminar keçirib.

15-18 yaşlı şəxslərlə əmək münasibətlərinin qurulmasının hüquqi əsasları, ölkəmizin Əmək Məcəlləsində bununla bağlı əksini tapan prinsiplər barədə tədbirdə ətraflı məlumatlar verilib. Belə şəxslərlə əmək müqaviləsinin onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı əsasında bağlanılmalı olduğu diqqətə çatdırılıb. Həmçinin? bu yaş qrupunda olan işçilərin əməyindən istifadənin xüsusiyyətlərindən, onlar üçün qanunvericilikdə nəzərdə tutulan təminatlardan bəhs olunub. Onların əmək şəraiti ağır və zərərli iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və s. yeraltı işlərdə əmək fəaliyyətinə, habelə əxlaqi kamilliklərinin inkişafına mənfi təsir göstərə biləcək iş yerlərində işlərə cəlb olunmalarının da qanunla qadağan edildiyi bildirilib.

Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları barədə iştirakçılara geniş məlumatlar verilib.

Təhsil müəssisələrinin nümayəndələrinə və valideynlərə “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda ətraflı məlumat verilib, qeyri-leqal əmək fəaliyyətinin mənfi nəticələri izah edilib, iştirakçıların sualları cavablandırılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Noyabr 2019 11:56 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə