Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ildə malların (işlərin və xidmətlərin) satın alınması üçün elektron satınalma vasitəsilə keçirilən açıq tenderə dəvət edir

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ildə malların (işlərin və xidmətlərin) satın alınması üçün elektron satınalma vasitəsilə keçirilən  açıq tenderə dəvət edir
Açıq tender bir lot üzrə keçirilir:
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili xidmətlərinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
Tenderdə iştirak haqqı: 85 - (səksən beş) manat
Hesab: AZ08CTRE00000000000005547601
VÖEN: 1001667391
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
Büdcə səviyyəsinin kodu: 7
Büdcə təsnifatının kodu: 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının məhkumluğunun olmaması barədə arayışı;
- Podratçının müəyyən etdiyi digər sənədlər.
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 26 noyabr 2019-cu il saat 10:00-dək və tender təklifi ilə tender təklifinin bank təminatı sənədlərini 5 dekabr 2019-cu saat 10:00 tarixinə qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 6 dekabr 2019-cu il saat 10:00 tarixində açıqlanacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs Elşad Tağıyevə (telefonlar 012 538 40 48, 012 537 19 41, 012 537 19 43) müraciət edə bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
 
 
 Tender komissiyası
6 Noyabr 2019 10:54 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 Noyabr 2019 | 09:50
B İ L D İ R İ Ş
21 Noyabr 2019 | 00:05
BİLDİRİŞ
21 Noyabr 2019 | 00:05
BİLDİRİŞ
21 Noyabr 2019 | 00:04
BİLDİRİŞ
21 Noyabr 2019 | 00:03
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə