Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil naziri Sabirabadda gənc müəllimlərlə görüşüb

Təhsil naziri Sabirabadda gənc müəllimlərlə görüşüb

Noyabrın 4-də Təhsil naziri Ceyhun Bayramov Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, görüşdə Sabirabad, Saatlı, Hacıqabul və Kürdəmirdən olan gənc müəllimlər iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov ixtisaslaşmış kadrlarla iş fəaliyyəti, onların peşəkar inkişafı və müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Müəllim nüfuzunun artırılması, eləcə də müəllimlərin fəaliyyətinin stimullaşdırılması üçün ölkəmizdə mühüm proqramların reallaşdırıldığını diqqətə çatdırıb.

Müəllimlərin bilik və bacarıqlarının artırılması və müasir təlim metodlarının tətbiqindən söz açan Ceyhun Bayramov tədbirin sonunda iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

                                                                 

Samirə Əliyeva,
“Xalq qəzeti”

5 Noyabr 2019 14:48 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə