Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il BTC ilə 177 milyon bareldən artıq neft ixrac olunub

Bu il BTC ilə 177 milyon bareldən artıq neft ixrac olunub

Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrə əməliyyat xərclərinə təqribən 95 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 25 milyon dollar xərclənib.

Yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilir ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2019-cu ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 440 milyon ton (3,3 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4 307 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Birinci üç rüb ərzində isə BTC vasitəsilə təqribən 24 milyon ton (177 mln. bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 222 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) neftini və “Şahdəniz” kondensatını daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Xatırladaq ki, “BTC Co.”nun səhmdarları sırasına isə BP (30,1%), “AzBTC” (25%), “Chevron” (8,9%), “Equinor” (8,71%), TPAO (6,53%), “Eni” (5%), “Total” (5%), ITOCHU (3,4%), INPEX (2,5%), “ExxonMobil” (2,5%) və “ONGC (BTC) Limited” (2,36%) şirkətləri yer alıb.

 

“Xalq qəzeti”

5 Noyabr 2019 14:45 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Oktyabr 2019 | 12:04
İşgüzar görüş

Köhnə versiyamızdan xəbərləri izlə