Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın işğalbılıq siyasətinin daha bir təsdiqidir

Deputat: Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın işğalbılıq siyasətinin daha bir təsdiqidir

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın işğalçı ölkə olduğunu və faşist siyasəti yeritdiyini bir daha təsdiqləyir.

Milli Məclisin deputatı Aydın Hüseynov Ermənistanın baş nazirinin Dağlıq Qarabağda referendum keçirmək təklifinə münasibət bildirərkən qeyd edib ki, Nikol Paşinyanın bu absurd fikri onun beynəlxalq hüquqdan xəbərsiz olduğunu göstərir: “Çünki dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanınan əbədi və əzəli torpağımızda başqa bir dövlətin bu istəyi qanunsuz olmaqla yanaşı, torpaqlarımızın işğala məruz qalmasını sübut edir”.

Deputatın sözlərinə görə, reallıq budur ki, orada belə bir tədbirin keçirilməsi beynəlxalq qanunlara ziddir: "N.Paşinyan ölkə daxilində, cəmiyyət qarşısında siyasi nüfuzunu itirib. O erməni lobbisi və Dağlıq Qarabağdakı qondarma rejim qarşısında kölə kimi hərəkət edir, sərsəm bəyanatlar səsləndirməklə ölkə daxilində gərginliyi azaltmağa, laxlamış hakimiyyət kürsüsünü  qoruyub saxlamağa cəhd edir. Nikol Paşinyan bu sərsəm təklifi ilə Ermənistanda durmadan itən nüfuzunun bərpasına çalışsa da hiyləgər niyyəti və faşist təfəkkürü ilə istəyinə nail ola bilməyəcək”.

 

“Xalq qəzeti”

5 Noyabr 2019 12:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə