Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni ərazi şöbəsi və məşğulluq mərkəzi yaradılıb

Yeni ərazi şöbəsi və  məşğulluq mərkəzi yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrləri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Bakı Ərazi şöbəsi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradılıb.

DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi Fondun Səbail və Yasamal rayon şöbələrinin, DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə Xidmətin Səbail və Yasamal rayon məşğulluq mərkəzlərinin bazasında təşkil edilib. Məqsəd DSMF-nin və DMX-nin strukturunun optimallaşdırılması və yerli qurumların səmərəliliyinin artırılması məqsədinə xidmət edir.

Bundan sonra Səbail və Yasamal rayonları üzrə sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta və fərdi uçot məqsədləri üçün uçotunu DSMF-nin Bakı şəhər idarəsi aparacaq. Bu rayonlar üzrə müvafiq kateqoriyadan olan vətəndaşlara sosial məişət xidmətlərinin göstərilməsini, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılmasını isə 1 saylı DOST mərkəzi yerinə yetirəcək.

DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi isə DOST mərkəzləri ilə əlaqəli fəaliyyət göstərərək, həmin mərkəzlərdən daxil olan sənədlər əsasında sosial təminat növlərinin (pensiya, müavinət, Prezidentin aylıq təqaüdü və s.) təyini və ödənişi, bu məsələlərlə bağlı həmin mərkəzlərdən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini, sosial müdafiə və təminat sahəsində digər tədbirləri görəcək.

Həmçinin Səbail və Yasamal rayonları üzrə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti üçün şəraitlərinin qiymətləndirilməsi işini və bu proqrama cəlb edilərək mal və materiallar formasında aktivlər verilmiş şəxslərin fəaliyyətlərinin monitorinqini 1 saylı DOST mərkəzi aparacaq.

1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə DOST mərkəzləri ilə əlaqəli fəaliyyət müstəvisində aktiv məşğulluq, habelə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili, DOST mərkəzlərindən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini görəcək. Həmçinin qeyri-leqal məşğulluğun aşkar edilməsi və qarşısının alınması sahəsində aidiyyəti orqanlarla fəaliyyət istiqamətlərinə uyğun birgə nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak edəcək.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 Noyabr 2019 10:54 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə