Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Öyrən! Başla! və Tətbiq et!” adlı yeni layihə

“Öyrən! Başla! və Tətbiq et!” adlı yeni layihə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Education HUB” təhsil şirkəti qadınlar arasında sosial sahibkarlığın təşviqinə yönəlmiş “Öyrən! Başla! və Tətbiq et!” adlı yeni layihəyə başlayır.  

Qeyd edək ki, layihə Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edəcək. Bu 3 rayondan 18--28 yaşlarında 25 işsiz xanım seçilərək təlimlərə cəlb ediləcək. 4 həftəlik təlimdə xanımlara sosial sahibkarlıq, biznes-planın hazırlanması, rəqəmsal marketinq, liderliyin artırılması və şəxsi inkişaf sahələri tədris ediləcək.

Daha sonra təlimləri uğurla başa vuran 10 nəfər seçiləcək. Onların  Bakıya və Tbilisiyə təcrübə mübadiləsi səfərləri, sahibkarlar, işəgötürənlər və startupçılarla görüşləri təşkil ediləcək. Birgə sosial sahibkarlıq platformasının yaradılması məsələsi müzakirə ediləcək. Proqram iştirakçıları 2020-ci ilin aprel ayında keçiriləcək Sosial Sahibkarlıq Forumunda iştirak etmək imkanı da qazanacaqlar.

Qeyd edək ki, layihədə iştirak ödənişsizdir. Proqramda iştirak etmək istəyənlər Quba, Qusar və Xaçmaz rayonu məşğulluq mərkəzlərinə müraciət edə, yaxud da aşağıdakı linkdə qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/forms/d/e/1FAIpQLScT9xT9Xmd1LdEu3Pf8YtSIm8bD5m-AnWTsCc81WUCJmIeaUg/viewform?fbclid=IwAR1h7Ux4m99uc8UGLAq1_J0Bf7TLr004Fpw-L-D3mZRk32OnH_uL1vVISNQ

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 Noyabr 2019 17:45 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə