Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahibkarlar üçün işgüzar forum

Sahibkarlar üçün işgüzar forum

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) Kürdəmir rayonunda sahibkarlar üçün işgüzar forum təşkil edib.

Nazirlikdən verilən məlumatda bildirilir ki, tədbirdə SİF-dən güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq, Kürdəmir rayonunun iqtisadi potensialının daha geniş reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, pambıqçılıq, istixana və cins heyvandarlıq təsərrüfatlarının, süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

İşgüzar forumda sahibkarların maarifləndirilməsi, müraciətlərinin operativ qaydada cavablandırılması, startapların dəstəklənməsi üçün SİF-də yaradılmış Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzləri barədə məlumat verilib, sahibkarlar bu imkanlardan yararlanmağa dəvət olunub.

Tədbirdə sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

4 Noyabr 2019 14:46 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Oktyabr 2019 | 12:04
İşgüzar görüş

Köhnə versiyamızdan xəbərləri izlə