• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəkinin Baş Zəyzid kəndində yeni məktəb binasının açılışı olub

Şəkinin Baş Zəyzid kəndində yeni məktəb binasının açılışı olub

Sentyabrın 17-də Şəki rayonu Baş Zəyzid kənd tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, açılış mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, millət vəkili Cavanşir Feyziyev, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov məktəbin müəllim və şagird kollektivini “Bilik günü” münasibəti ilə təbrik edib. Elxan Usubov son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov “Bilik günü” və məktəbin açılışı münasibəti ilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan Firudin Qurbanov son illər ölkəmizdə çoxlu sayda məktəb binalarının tikildiyini və əsaslı təmir olunduğunu vurğulayıb. Təhsil sahəsində qazanılan uğurlardan söz açan nazir müavini yeni tədris ilində qarşıda duran vəzifələri də qeyd edib.
Millət vəkili Cavanşir Feyziyev məktəb binalarının əsaslı təmir olunmasının, müasir standartlara uyğun təhsil müəssisələrinin istifadəyə verilməsinin önəmini qeyd edib.
Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Məktəb 624 şagird yerlikdir, 25 sinif otağı, 6 labaratoriyası, 1 çağırışaqədərki hazırlıq kabineti, akt zalı, kitabxana, oxu zalı, informatika kabineti və idman zalı vardır.

17 2018 21:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin