Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Tramp ölkənin qaçqın qəbulu limitini azaldıb

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp 2020-ci maliyyə ilində ölkəyə qaçqın qəbulu limitini 18 min nəfərə qədər azaltmağı qərara alıb. Bu barədə CNN telekanalı məlumat yayıb.
ABŞ Prezidentinin qəbul etdiyi qərarda qeyd edilir ki, 2020-ci maliyyə ilində 18 min nəfərdən çox qaçqının ABŞ-a buraxılmaması humanitar baxımından əsaslıdır və milli maraqlara cavab verir.
Qeyd edək ki, bir qədər əvvəl Donald Tramp qaçqınların ölkə ərazisində çox vaxt yerli və ştatın hakimiyyət orqanlarının icazəsi nəzərə alınmaqla yerləşdirilməsini bildirən fərman imzalamışdı.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

3 Noyabr 2019 09:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə