Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Klassik və müasir ədəbiyyat məsələləri” kitabı işıq üzü görüb

Yeni nəşrlər

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin "Klassik və müasir ədəbiyyat məsələləri" kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətinin rəhbəri Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, kitabda “Klassik irs”, “Folklor. Aşıq sənəti”, “Güc, qüvvət elmdədir” və “Görünən və görünməyən - Mövlud Süleymanlı” adlı bölmələr üzrə oxuculara təqdim edilir.
Nəşrdə müəllifin ədəbiyyat tarixi, ədəbiyyatşünaslıq, müasir nəsr, mədəniyyətşünaslıq və təhsili əhatə edən elmi və tənqidi məqalələri ədəbiyyatın formalaşması və inkşaf prosesini əks etdirir. Kitabda milli ədəbiyyat, folklor və aşıq ədəbiyyatının müxtəlif problemləri ayrı-ayrı görkəmli alim, yazıçı və aşıqların yaradıcılığı əsasında araşdırılır.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi professor Kamil Allahyarov, rəyçiləri isə professorlar Məhərrəm Qasımlı və Şəfəq Əlibəylidir.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

3 Noyabr 2019 09:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 İyun 2020 | 17:05
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə