Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Türkiyə Suriyada ciddi itkilər vermədən arzu etdiyinə nail olmuşdur”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, rəsmi Ankara Suriyada arzu etdiyi hədəflərə nail olmuşdur. Bu zaman ciddi itkilərə yol verilməyib. Xəbəri “Anadolu” agentliyi yayıb. 

Türkiyənin siyasət idarəsinin rəhbəri hesab edir ki, ölkəsi bu uğuru, ilk növbədə, döyüş meydanlarında hərbi qüdrəti və “danışıqlar masası” arxasındakı diplomatik məharəti sayəsində qazanıb.  
Qeyd etmək lazımdır ki, Türkiyənin Xarici İşlər naziri bu fikri Suriyada Fərat çayının şərqindəki ərazilər üzrə Türkiyə–Rusiya razılaşmalarını şərh edərkən səsləndirib. Nazirin sözlərinə görə, Türkiyə “Sülh çeşməsi” hərbi əməliyyatına başlamasaydı, Ankara Suriyada arzu etdiyinə nail ola bilməyəcəkdi. 
Türkiyə–Rusiya razılaşmalarına əsasən, 
­PKK/YPG­ terrorçuları Türkiyə sərhədlərindən başlayaraq, 30 kilometr məsafədəki ərazini, eləcə də Münbiç və Tall–Rıfat rayonlarını  tərk etməlidirlər. Türkiyə və Rusiya hərbçiləri həmin ərazilərdə  patrul xidməti həyata keçirəcəklər. Bundan başqa, YPG terrorçuları Əsəd rejiminin nəzarətində olan Qamışlı şəhərini də tərk etməlidirlər.  
M.Çavuşoğlu bildirib ki, Türkiyə bir çox böyük güclərin regionda ­
YPG/PKK­ terrorçuları üçün ayrıca dövlət qurmaq  planlarını alt-üst edib. 
Xatırladaq ki, “Sülh çeşməsi” əməliyyatı bu il oktyabrın 9-da başlanıb. Məqsəd Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyini və suriyalı qaçqınların doğma yurdlarına qayıtmalarını təmin etməkdir. 
Bu günlərdə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, zərurət yaransa, Türkiyə təhlükəsizlik zonalarını genişləndirə bilər. 

M.HACIXANLI, “Xalq qəzeti” 

3 Noyabr 2019 09:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 İyun 2020 | 17:05
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə