Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İspaniyada seçkiqabağı kampaniya başlanıb

“Euronews” agentliyinin yaydığı məlumata görə, İspaniyada noyabrın 10-da keçiriləcək parlament seçkiləri üzrə seçkiqabağı kampaniyaya start verilib. Mənbə yazır ki, əvvəlcədən əhali arasında keçirilmiş rəy sorğuları PSOE-nin (İspaniya Sosialist Fəhlə Partiyası) daha bir qələbəsini proqnozlaşdırır.

Bildirilir ki, son dörd ildə sayca dördüncü olacaq bu seçkilər tərəflərin sabit hökumətin təmin olunmasından ötrü razılığa gəlməkdə bacarıqsızlığını sübut edir. Pedro Sançes koalisiyanın formalaşdırılmasının mümkünsüzlüyü səbəbindən seçkilərin məcburi keçirilməsi məsuliyyətini müxalifət partiyalarının üzərinə qoyub.
Qeyd edilir ki, PSOE parlamentdə, azı, 123 yer qazanmaq niyyətindədir.
Seçkiqabağı kampaniyada Kataloniya məsələsi üstünlük təşkil edib. 2017-ci ilin oktyabrında öz müqəddəratını təyin etmək cəhdinə görə 12 kataloniyalı liderin ölkənin Ali Məhkəməsi tərəfindən məhkum edilməsi ilə yadda qalıb. Məhkəmənin qərarı Kataloniyada iğtişaşlara səbəb olub.
Xatırladaq ki, sonuncu dəfə İspaniyada seçkilər aprelin sonunda keçirilib. O vaxt PSOE parlament palatasında qalib gələrək, 123 yer qazanmışdı. Seçicilərin iştirakı 75 faiz təşkil etmişdi.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

3 Noyabr 2019 09:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə