Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropol 60 nəfəri həbs edib

Avropa Polis Təşkilatı (Avropol) fırıldaqçılıqda şübhəli bilinən 60 nəfəri həbs edib. “2019 e-Commerce Action” (“eComm 2019”) adlı əməliyyat sentyabrın 23-dən oktyabrın 4-dək 19 ölkədə aparılıb. Məqsəd elektron ticarət fırıldaqçılığında şübhəli bilinən cinayətkar şəbəkənin fəaliyyətinin qarşısını almaq olub. İstintaq zamanı məlum olub ki, bəzi şübhəli şəxslər cinayətkar qruplaşmalarla əlbirdir və fişinq, zərərli proqram təminatından istifadə ilə kiberhücumlar, saxta saytların yaradılması, çirkli pulların yuyulması kimi digər kibercinayətlərdə iştirak edib.
Xəbəri “Belta” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

3 Noyabr 2019 09:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə