Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Noyabrın 3-də gözlənilən hava şəraiti haqqında məlumat

Noyabrın 3-də gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə  yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 8-10° isti, gündüz  11-13° isti,

Bakıda gecə 8-10° isti, gündüz  11-13°  isti təşkil edəcək. 

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70%olacaq.  

Tibbi-meteoroloji proqnoz

Noyabrın  3-ü səhərədək Abşeron yarımadasında yağışlı, küləkli hava şəraiti gözlənilir ki,

bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman.

Qərb  küləyi  gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu

gecə 7-12° isti, gündüz  14-19° isti, dağlarda gecə 1-6° isti, gündüz  7-11° isti, təşkil edəcək.

2 Noyabr 2019 16:43 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə