Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsveçdə Nəsimi yaradıcılığına həsr olunmuş tədbir keçirilib

İsveçdə Nəsimi yaradıcılığına həsr olunmuş tədbir keçirilib

İsveçin paytaxtı Stokholmda dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş poeziya gecəsi keçirilib.  "Şeraton Stokholm" otelində keçirilən tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Azərbaycan Naminə Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşib. Tədbirin əsas məqsədi dahi Azərbaycan mütəfəkkirinin yaradıcılığının təbliği və xalqımızın dünya mədəniyyətinə verdiyi töhfələr haqqında məlumatların İsveç və dünya ictimaiyyətinə çatdırılması olub.

Azərbaycan və İsveçin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan təntənəli mərasimdə dövlət, ictimaiyyət və media nümayəndələri, Azərbaycan, Qazaxıstan, Gürcüstanın İsveçdəki səfirliklərinin diplomatları, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.

Azərbaycan, ingilis və isveç dillərində aparılan tədbirdə Umea Universitetinin müəllimi Səadət Kərimi şair haqqında elmi tədqiqatlara əsaslanan məruzə ilə çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Səlhət Abbasova təmsil etdiyi qurum adından tədbir iştirakçılarını salamlayıb. Qeyd edib ki, Nəsiminin əsərləri və fəlsəfəsi insanları hər zaman cəlb edir: "Böyük qürurla deyə bilərəm ki, Azərbaycan bəşəriyyətə Nəsimi ikimi  bir  düha bəxş edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 Noyabr 2019 12:49 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə