Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai Şuranın üzvləri Hematologiya və Transfuziologiya İnstitutunda

İctimai Şuranın üzvləri Hematologiya və Transfuziologiya İnstitutunda

Səhiyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri B.Ə. Eyvazov adına Elmi – Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun məsul işçiləri ilə görüşüblər.

Görüş “2016--2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” və “2017--2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində icra olunan tədbirlərin monitorinqi məqsədilə keçirilib.

Görüşdə institutun direktoru, tibb üzrə fəlsəfə doktoru Zöhrə Əlimirzəyeva, Səhiyyə Nazirliyinin baş hematoloqu Dr. Çingiz Əsədov, institutun nəzdindəki Mərkəzi Qan Bankının rəhbəri Pərvanə Hacıyeva, Səhiyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri Ziba Nəbiyeva, Taryel Eyvazov və Yeganə Sultanova iştirak ediblər.

Qan xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, qanın və qan komponentlərinin təhlükəsizliyinin təmin edilməsi, donor qanının transmissiv infeksiyalara yoxlanılması metodlarının təkmilləşdirilməsi, həmçinin qanın bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsi, pasiyentlərin sitostatik və innovasion dərman preparatları ilə təmin edilməsi, onların qan komponentlərinə olan tələbatının ödənilməsi istiqamətində görülən işlər geniş müzakirə mövzusu olub.

Müzakirədən sonra İctimai Şura üzvləri Hematologiya və Transfuziologiya İnstitutunun qanın bədxassəli xəstəliklərinin müayinə və diaqnostikası aparılan laboratoriyaları ilə tanış olublar. Həmçinin, onkohematoloji xəstəliklərin bir çox növlərinin müalicəsi artıq təkcə kimyaterapiya ilə deyil, elmdə yeni istiqamət olan target, yəni hədəfə molekulyar istiqamətlənmiş preparatlarla aparılır.

Hədəf terapiyası şiş hüceyrələrinin özündə olan konkret molekullara qarşı yönəldiyinə görə, orqanizmin sağlam hüceyrələrinə daha az təsir edir. Artıq leykozların diaqnostikası və müalicəsi məqsədi ilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır. Daha sonra İnstitutun nəzdində yerləşən Mərkəzi Qan Bankında donorlar üçün yaradılan şərait, maddi-texniki baza və donorların qeydiyyatı, müayinəsi, donorluq məlumatlarının və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılmasını təmin edən “Vahid Qan Bankı” sistemi ilə tanışlıq olub.

    

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 Noyabr 2019 10:17 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə