Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özünüməşğulluq proqramının icrası ilə bağlı mediatur

Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara mal və materiallar formasında aktivlərin verilməsi prosesi davam edir. Proqrama cəlb olunanlara aktivlərin təqdim edilməsi, həmçinin verilən aktivlərin keyfiyyəti ilə yerindəcə tanış olmaları məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 20-dək KİV nümayəndəsinin iştirakilə Sumqayıt və Xaçmaza mediatur təşkil edib.

Mətbuat nümayəndələrinə özünüməşğulluq proqramının icrası işləri barədə məlumat verilib. Bildirilib ki, 2018-ci ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox olmaqla 7 mindən artıq insanın cəlb edildiyi bu proqramın cari ildə 10 minədək insanı əhatə etməsi nəzərdə tutulub. Cari ilin ötən dövründə artıq 3500-dən çox şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib və onlar verilmiş aktivlər hesabına kiçik ailə təsərrütaflarını qurublar. Proqramın icrasında əlillərə, şəhid ailələrinə, məcburi köçkünlərə, aztəminatlı ailələrin və digər həssas qrupların ailə üzvlərinə üstünlük verilir.

Mediatur iştirakçıları Sumqayıt şəhərində proqrama cəlb edilmiş Mirkamil Heydərova verilmiş oyun aparatlarının və Aytən Məmmədovaya dərzilik üçün verilmiş müvafiq ləvazimatların keyfiyyətini nəzərdən keçiriblər. Sonra isə Qarabağ müharibəsi əlili Əli Nəbiyevə proqram çərçivəsində verilmiş aktivlərlin (mebel sexi üçün materiallar) keyfiyyətinə və onun  iş prosesinə baxış olub. Hər üç proqram iştirakçısı verilən aktivlərdən razı qaldıqlarını bildiriblər.

KİV əməkdaşları sonra Xaçmaz rayonunda olublar. Onlar Xaçmazın Sabiroba kəndinin sakini –ikinci qrup əlil Firuz Əsgərova kiçik heyvandarlıq təsərrüfatlarını qurmaları üçün iribuynuzlu mal-qaranın, həmçinin mal-qara üçün yem ehtiyatının təqdim edilməsi prosesində iştirak ediblər. Mal-qara verilərkən onların sağlamlığına dair baytar arayışı da təqdim edilib. Sonra isə Bayoba kəndinin sakini Pənah Arzumanova proqram çərçivəsində verilmiş aktivlərə (iribuynuzlu mal-qara) baxış keçirilib. F.Əsgərov və P.Arzumanov da verilmiş heyvanlardan razı qaldıqlarını qeyd ediblər.

Proqram iştirakçıları KİV nümayəndələri ilə söhbətdə dövlətin bu dəstəyindən razılıqla bəhs edərək, dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 Noyabr 2019 10:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 İyun 2020 | 17:05
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə