Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələn ilin sonuna qədər 7 mindən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq

Gələn ilin sonuna qədər 7 mindən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, Prezident İlham Əliyevlə görüşdən sonra onun verdiyi tapşırıqların icrası istiqamətində işlərə başlanılıb.

Komitə sədri qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən gələn ilin sonuna qədər 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Bu işlərin icrası üçün dövlət tərəfindən ayrılmış vəsaitin bir qismi Komitəyə verilib: "Vəsaitin qalan hissəsi gələn il veriləcək. Beləliklə də Komitə tərəfindən bütün tapşırıqlar yerinə yetiriləcək".

Komitə sədri vurğulayıb ki, hazırda Bakı şəhəri Qaradağ rayonunun Ümid qəsəbəsində əlavə 3 bina tikilir, Sabunçu rayonunun Ramana qəsəbəsində 1500-dən artıq ailə üçün qəsəbə tikilir: "Binəqədi rayonunun Xocasən qəsəbəsində 800 ailəlik yeni qəsəbə salınacaq. Bununla yanaşı, Sumqayıtda köçkünlər üçün bir qəsəbə tikilir, digərinin tikintisinə isə gələn ilin əvvəlində başlanılacaq. Bu ilin sonuna qədər 6000-ə qədər ailə köçürüləcək. Hazırda Komitə tərəfindən Bakıda və rayonlarda 3700 ailəlik qəsəbə tikilir. Özəl sektorun da buna çox böyük töhfəsi var".

 

“Xalq qəzeti”

1 Noyabr 2019 15:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə