Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Radikal müxalifət iflasa uğradığını görərək qanunsuz mitinqdən imtina etdi

Deputat: Radikal müxalifət iflasa uğradığını görərək qanunsuz mitinqdən imtina etdi

Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki,  Milli Şuraadlanan qurumun noyabrın 2-də Bakı şəhərinin mərkəzində keçirmək istədiyi qanunsuz mitinqdən imtina etməsinin başlıca səbəbi bu qurumun legitim olmaması və aksiyanın əhali tərəfindən dəstəklənməməsidir.

C.Osmanov qeyd edib ki, radikal müxalifət, Əli Kərimli növbəti dəfə qanunsuz aksiya keçirməyə çağırışlar edirdi, ancaq onlar gördülər ki, xalq belə çağırışlara səs vermir, neqativ münasibət bəsləyir: “Dağıdıcı müxalifətin ətrafında heç bir elektorat, heç bir sosial baza yoxdur. Azərbaycan xalqı onlara dəstək vermir. Bu səbəbdən də iflasa uğradıqlarını görən dağıdıcı radikallar aksiyadan əl çəkməli oldular.

Radikal müxalifətin oktyabrın 19-da keçirilmiş aksiyasının iflasından sonra guya hakimiyyətin qanunları pozması, mitinqin təşkilatçıları və iştirakçılarına qarşı “repressiv metodlardan” istifadə etməsi barədə iddialarla əhalinin dəstəyini qazanmaq cəhdləri də heç bir nəticə vermədi. Ötən 10 gündən artıq müddətdə sosial şəbəkələrdə aparılan təbliğat, aksiyaya ardıcıl çağırışlar cəmiyyətdə yalnız neqativ emosiyalar doğurdu. Müxalifətin sosial şəbəkələrdə apardığı rəy sorğuları da göstərdi ki, vətəndaşlar mitinq təşəbbüsünü dəstəkləmir”.

Deputat qeyd edib ki, radikal müxalifət sərsəm bəyanatları ilə öz uğursuzluğunu ört-basdır etməyə çalışdı: “Müxalifət əvvəlcə “cinsi azlıqlardan ibarət təxribatçılar”, sonra “islamçı təxribatçılar”, “planlaşdırılmış vətəndaş qarşıdurması” barədə hekayələr uydurdu. Əslində, uğursuz 19 oktyabr mitinqindən sonra radikal müxalifət başçıları əhali arasında onları dəstəkləyənlərin olmadığını anladıqlarına görə öz zəifliklərini, sosial bazalarının yoxluğunu  müxtəlif bəhanələrlə, saxtakarlıqla pərdələməyə çalışırlar.

Əgər “Milli Şura” adlanan qurum, iddia etdiyi kimi, xalqı "təmsil" edirsə, nəyə görə onlara təklif olunan yerdə - Lökbatanda icazəli aksiyadan imtina etdi? İddia etdilər ki, guya, təxribatlar, vətəndaş qarşıdurması, dini təxribatlar hazırlanır. Bütün bunlar uydurma idi. Onlar növbəti iflaslarını dərk edərək aksiya fikrindən əl çəkdilər”.

C.Osmanov əlavə edib ki, radikal müxalifət nümayəndələrinin ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı"nı tanımasına səssiz qalması bir daha sübut edir ki, onlar elə Nikol Paşinyanla əlbirdir, erməni lobbisinin əlində alətə çevriliblər: "Azərbaycan xalqı bütün bunları yaxşı görür, müxalifətin, əslində, xarici dairələrə xidmət etdiyini anlayır və ona görə də radikal müxalifəti boykot edir".

 

“Xalq qəzeti”

1 Noyabr 2019 15:09 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə