Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Kərimlinin növbəti şousu

Əli Kərimlinin növbəti şousu

Bakıda Qoşulmama  Hərəkatının (QH) XVIII Zirvə Görüşü öz işini qurtardıqdan sonra  bu görüşdə iştirak edən dövlətlər öz mətbuat orqanlarında Azərbaycan, xüsusilə Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyev haqqında  gözəl yazılar yazılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirilib.

Məhz bu hadisədən sonra müxalifət düşərgəsində  gərginlik yaranıb. “Dünya şöhrətli” tarixçi, qondarma milli şuranın sədri, III qrup əlil, Əli Kərimlinin köməkçisi  Cəmil Həsənli “Osmanqızı TV” ilə  Bakıya gəlib sammitdə iştirak edən  bütün ölkələri diktatura dövlətləri  adlandırıb. Nə qədər yalan və yersiz söz.

“Görkəmli hüquqşünas”, “millət fədaisi”, “mətin inqilabçı”, mərhum Əbülfəz Elçibəyin millət düşməni, AXCP nəzarət-təftiş komissiyasının sədri Aydın Əliyevin siyasi dələduz adlandırdığı AXCP sədri Əli Kərimli “Osmanqızı TV”, “Mühacir TV “, “Meydan TV”, “Turan TV”  və digər internet telekanalları və sosial şəbəkələrlə Azərbaycanın uğurunu pisləməyə, dövlət başçısı cənab İlham Əliyevə şər-böhtan atmaqda davam edir. “AXC-Müsavat” hakimiyyəti döründə xalqa qan udduran, çörək və ərzaq qıtlığı  yaradan, ziyalıları, alimləri , təhsili, səhiyyəni iflic vəziyyətə salan Əli Kərimli bu gün haqq-ədalətdən danışır. Bir sözlə, öz gözündə tiri görməyən , iqtidarın gözündə tük axtarıb tapa bilməyən Əli Kərimli növbəti mitinqə hazırlaşır. Mitinqdən əvvəl polislərə müraciət edən cəbhəkrat bildirdi ki, güya o, ( yəni Əli Kərimli) hakimiyyətə gəlsə polislərə əl dəyməyəcək, onları işdən çıxarmayacaq. Halbuki “AXC-Müsavat” hakimiyyəti dövründə peşəkar polis işçiləri işdən azad edilmiş, onların yerinə əfəl, savadsız,səviyyəsiz  adamları götürmüşdülər.

Əli Kərimli öz radikal arzu və fikirlərindən əl çəkmir. O , çalışır ki, Azərbaycanda anarxiya, xaos, özbaşınalıq olsun. Bakıda küçə davaları getsin. Xaricdəki ağalarına və ermənipərəst qüvvələrə verdiyi sözü yerinə yetirməyə çalışan Əli Kərimli hələki bir şey edə bilmir və bilməyəcəkdə. Çünki  1992-1993-cü illərdə xalq onların nə yuvanın quşları olduğunu görüb.

Bundan əlavə, “AXC-Müsavat “ hakimiyyəti dövründə daxili işlər naziri işləmiş, sahibkarlara qan udduran , günahsız insanları məhv edən, jurnalistləri vəhşicəsinə döyən, “Subtropik-1”, “Subtropik-2” əməliyyatı keçirib günahsız ailələri qətlə yetirən İsgəndər Həmidov da Əli Kərimli ilə həmrəy olduğunu bildirib. Lakin digər müxalifət partiyaları Əli Kərimli şaykasına qoşulmurlar.

Nəhayət , müxalifətçi hüquq müdafiəçisi  Oktay Güləliyevi maşın vurub. Müxalifətçilər  biqtidara şər-böhtan ataraq bildirirlər ki, bu hadisəni hakimiyyət törədib. Lakin müşahidəçilər və sərbəst politoloqlar bildiriblər ki, bu hadisəni müxalifət törədib ki, iqtidara həmişə olduğu kimi şər-böhtan atsın.

 

Qəzənfər QASIMOV,
"Xalq qəzeti”

31 Oktyabr 2019 16:55 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə