Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ürəklərdə kaman” ədəbi-bədii tədbir keçirilib

“Ürəklərdə kaman” ədəbi-bədii tədbir keçirilib

Ağstafa Regional Mədəniyyət İdarəsinin Aşıq Ə. Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzi Azərbaycanın Xalq artisti, görkəmli sənətkar Şövkət Ələkbərovanın 97-ci ildönümü münasibətilə "Ürəklərdə kaman" adlı ədəbi-bədii tədbir keçirib. Bu barədə Ağstafa Regional Mədəniyyət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov mərhum sənətkarın şərəfli ömür yolundan və yaradıcılıq fəaliyyəti haqqında geniş danışıb və onun Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rolunu qeyd edib.

Auditoriya tərəfindən geniş maraqla qarşılanan tədbirdə mərkəzin özfəaliyyət dərnəyinin solistləri sənətkarın ifasında məşhurlaşan mahnıları ifa edilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

31 Oktyabr 2019 15:13 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə