Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOCAR Antipino NEZ-in idarəetmə səriştəsini təmin edəcək

SOCAR Antipino NEZ-in idarəetmə səriştəsini təmin edəcək

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) lazımi prosedurları başa vuraraq, Rusiyada “SOCAR Enerqoresurs” MMC qrupunun minoritar iştirakçısı olmuşdur.

Dövlət Neft Şirkətindən aldığımız məlumatda bildirilir ki, “SOCAR Enerqoresurs” MMC qrupu Antipino Neft Emalı Zavodunu və Orenburq vilayətində 45 milyon ton təsdiqlənmiş neft ehtiyatı olan üç yatağın aktivlərini birləşdirir.

SOCAR-ın bu layihədə əsas rolu Antipino NEZ-in idarəetmə səriştəsini təmin etməkdən ibarətdir. Sazişin strukturu baxımından SOCAR-ın Antipino NEZ-də iştirakı onun üçün zavodun əvvəlki borcları ilə bağlı risklər yaratmır.

Qeyd edək ki, illik ümumi emal gücü 7,5 milyon ton təşkil edən Antipino Neft Emalı Zavodunda dizel, vakuum qazoyl, nafta, benzin (A80 və A92), koks, texniki kükürd, texnoloji mazut və maye qaz istehsal olunur.   

      

Samirə Əliyeva,
“Xalq qəzeti”

31 Oktyabr 2019 12:15 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Oktyabr 2019 | 12:04
İşgüzar görüş

Köhnə versiyamızdan xəbərləri izlə