Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Erməni soyqırımı”na dair qanun layihəsi Ankara – Vaşinqton müttəfiqlik ruhuna ziddir

“Erməni soyqırımı”na dair qanun layihəsi Ankara – Vaşinqton müttəfiqlik ruhuna ziddir

ABŞ Nümayəndələr Palatasında “Sülh Çeşməsi” əməliyyatı əsas gətirilərək Türkiyəyə sanksiya tətbiqinə dair, eləcə də 1915-ci il hadisələrini “soyqırımı" olaraq tanıyan qanun layihələri Ankara-Vaşinqton müttəfiqlik ruhuna birbaşa ziddir.

Trend-in məlumatına görə, bu haqda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun "Twitter" hesabında yazıb.

Administrasiya rəsmisi layihənin ABŞ ilə Türkiyənin ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqla bağlı danışıqların aparıldığı bir dövrdə Vaşinqtonun siyasətinin pozulduğunu qeyd edib: “Bu qanun layihəsi Türkiyənin terror təşkilatları ilə mübarizəsində qərarlılığına mane ola bilməz, sadəcə ikitərəfli əlaqələrimizin gələcəyini təhdid altına ala bilər və bu əlaqələrə zərər verə bilər. Əlaqələrimizə zərər verə biləcək bu cəhdlərin ikitərəfli iş birliyimizin bir çox sahələrində uzunmüddətli mənfi nəticələri olacaq”

F.Altun ABŞ Nümayəndələr Palatasında 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qanun layihəsinin səsverməyə çıxarılmasının ABŞ-Türkiyə əlaqələrinə dəyər verən hər kəs üçün narahatlıq törədən bir vəziyyət olduğunu bildirib.

 

“Xalq qəzeti”

30 Oktyabr 2019 16:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə