Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müşfiq Ələsgərli: Türkiyə bu cür təzyiqlər qarşısında baş əyməyəcək!

“Qondarma “erməni soyqırımı” qərarının ABŞ-da qəbul etdirilməsi üçün uzun illər müddətində  dəfələrlə, həm də sistemli şəkildə cəhdlər olunub. Demək olar ki, hər il aprel ayında bu yöndə cəhdlər intensivləşir, amma hər dəfə də ABŞ prezidentləri erməni şəbəkəsini məyus edən açıqlamalar verirlər.  Çünki, məsələnin qondarma xarakter daşıdığını, tarixi əsaslarının olmadığını bilirlər. Lakin bu dəfə qanun layihəsi payız ayında qəbul edildi.

Bu fikirləri,  Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib.

JUHİ sədri qeyd edib ki, məsələnin bu il qeyri-ənənəvi bir vaxtda, apreldə deyil,  payızda  gündəmə gətirilməsi və Nümayəndələr Palatasının onu tələsik qəbul etməsi göstərir ki, proses siyasi qərarlara bağlıdır. Türkiyənin Suriya problemi mövzusunda ABŞ-ın tələblərinə boyun əyməməsinə cavabdır. Əslində, bu cür qərar verməklə ABŞ siyasətçiləri özlərini ifşa edirlər, beynəlxalq ictimai rəydə özlərini gözdən salırlar. Necə olur ki, uzun illər ərzində gündəmdə saxlanılan qondarma soyqırım mövzusu ABŞ siyasətçiləri tərəfindən erməniləri məyus edəcək formada qarşılanır, amma 2019-cu ildə məhz ciddiyə alınaraq  Konqresin  Nümayəndələr Palatası tərəfindən qəbul edilir?  Belə yanaşmanın özü bird daha sübut edir ki, erməni soyqırımı məsələsi qondarmadır, mifdir və dünya güclərinin əlində yalnız bir silah kimi istifadə olunur.  ABŞ siyasətçiləri də bu qərarı yalnız özlərinin işinə yarayanda, yəni Suriya və digər mövzularda Türkiyəyə təzyiq göstəmək üçün bəhanə lazım olanda qəbul edirlər.

M.Ələsgərli əlavə edib ki, Türkiyə bu cür təzyiqlər qarşısında baş əyməyəcək. Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda səfərdə olarkən dedi ki, Türkiyə Suriyanın sərhəd bölgələrində  təhlükəsizlik buferi yaratmaq planının icrasına başlayanda, xaricdən gələ biləcək bütün riskləri hesaba alıb. İnanırıq ki, Türkiyə barədə son zamanlar bir neçə dəfə yanlış qərarlar elan edib, sonar da geri çəkilən ABŞ siyasətçiləri, yenə də təhlillər aparıb, praqmatik bir qərar verəcək, qondarma qərarın qəbulunu digər mərəhələrdə dayandıracaqlar.

 

Anar TURAN,
“Xalq qəzeti”

30 Oktyabr 2019 14:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə