Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq yazıçısı Elçinin seçilmiş məqalə və esseləri kitab şəklində çap olunub

Mədəniyyət  Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin  “Daha dərin qatlara (seçilmiş məqalə və esselər)”  adlı kitabının nəşri  başa çatdırılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görkəmli yazıçı, dramaturq Elçinin oxucularına təqdim etdiyi “Daha dərin qatlara” adlı kitabında  XX əsrin  70-ci illərindən bu günə kimi dövri  mətbuatda dərc olunan seçilmiş məqalə və esseləri toplanıb. “Tənqid və ədəbi proses”, “Problemlər”, “Ədəbiyyatımız və folklorumuz”, “Qələm sahibləri”, “Teatr və tamaşalar” bölmələrində təqdim olunan məqalə və esselərin hər biri oxucunu düşündürür.
“Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalara paylanılacaq.

30 Oktyabr 2019 14:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə