Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parisdə Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

UNESKO-nun Parisdə yerləşən baş qərargahında Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovla təşkilatın Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşifin görüşü olub. 
AZƏRTAC xəbər verir ki, Azad Rəhimov Azərbaycanda gənclər və idman sahələrində aparılan islahatlar, əldə olunan nailiyyətlər, eləcə də uğurla təşkil edilən beynəlxalq idman tədbirləri haqqında məlumat verib, ölkəmizin bu sahələrdəki öhdəliklərindən söz açıb. 
Görüşdə Azərbaycan-UNESKO əməkdaşlığına toxunulub və əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasının oktyabrın 30-da işə başlayacaq iclasının gündəliyində duran məsələlər və Konvensiyanın həyata keçirilməsinə qarşı təhdidlər müzakirə olunub. Həmçinin ölkəmizin Tərəflər Konvensiyası (COP) çərçivəsində fəaliyyəti və həyata keçirilən tədbirlər diqqət mərkəzində olub. 
Sonda Azərbaycanda həyata keçirilən gənclər siyasəti və bu sahədə qəbul olunmuş strateji sənədlərə uyğun əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

 

Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

 

30 Oktyabr 2019 13:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə