Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövlud Çavuşoğlu: İŞİD-ə qarşı mübarizəni davam etdirəcəyik

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib ki, ölkəsi İŞİD-ə qarşı qətiyyətli mübarizəsini axıradək davam etdirmək əzmindədir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Nazir bildirib: “Cənab Tramp da açıqlama verdi. Türkiyə Müdafiə Nazirliyi də lazimi açıqlama ilə çıxış etdi. Türkiyə bu məsələdə müttəfiq və strateji ortaqlığa tam sadiqdir”. 
M.Çavuşoğlu sonra deyib ki, YPG-nin İŞİD terrorçularını pul qarşılığında sərbəst buraxdığı barədə məlumatlar gəlir. Onsuz da terror qruplaşmasından başqa nəsə gözləmirik. ABŞ ilə bağlanmış memorandumda 120 saat ərzində YPG-nin bölgədən çıxması nəzərdə tutulmuşdu. Tək-tək çıxmayanlar var. Razılaşmaya görə, çıxmayanları zərərsizləşdirmək hüququmuz var və belə də edəcəyik. 
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri xatırladıb ki, Türkiyə ilə Rusiya arasında imzalanan memorandumun şərtlərinə görə isə YPG yaraqlıları 150 saat müddətində ərazidən çəkilməsələr, Türkiyə ordusu Kobanidən İraqa qədər 444 kilometr ərazidə, 30 kilometr  dərinlikdə təmizləmə əməliyyatları aparacaq. 

M.HACIXANLI, “Xalq qəzeti”

30 Oktyabr 2019 13:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Noyabr 2020 | 15:52
Azadlığın mübarək, Ağdam!
23 Noyabr 2020 | 15:51
Sənətkarın Şəhid oğlu

Köhnə versiyamızdan xəbərləri izlə