Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ ordusu üçün dronları vuran yeni lazer silah hazırlanıb

“Reuters” agentliyinin yaydığı məlumata görə, Birləşmiş Ştatların hərbi sənaye üzrə ixtisaslaşmış “Raytheon” şirkəti ABŞ Hərbi Hava Qüvvələri (HHQ) üçün yeni lazer silahı hazırlayıb. Bu silah düşmənin pilotsuz uçan aparatlarını bir neçə saniyəyə məhv etmək qabiliyyətinə malikdir.

Mənbə yazır ki, ­2018-ci­ ilin martında keçirilən ilk sınaqlar zamanı antidron sistemi vasitəsilə onlarla dron vurulub. ABŞ HHQ texnologiyanın nümayişi üçün iki milyon dollar ödəyib. Uğurlu sınaqdan sonra lazer sistemi döyüş növbətçiliyinə qəbul edilib. Hərbçilərin planlarına ABŞ-dan kənarda döyüş meydanları zonalarında səhra şəraitində əlavə sınaqların keçirilməsi daxildir.
Məlumata görə, yeni silah pilotsuz uçan aparatların izlənilməsi və müəyyənləşdirilməsi üçün nəzərdə tutulan çoxspektral tuşlama sistemi ilə təchiz olunub. Qayda pozucusu aşkarlandıqdan sonra antidron sistemi bir neçə lazer atışı ilə pilotsuz uçan aparatı məhv edir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

30 Oktyabr 2019 13:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 İyun 2020 | 17:05
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə