Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yunanıstanda “Odlar yurdu – Azərbaycan” adlı fotosərgi açılıb

"Yunanıstanda Azərbaycan Günləri” layihəsi Salonikidə "Odlar Yurdu-Azərbaycan” adlı fotosərgi  "QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan Diaspor Gəncləri platforması tərəfindən reallaşdırılıb.

Sərginin təşkil edilməsində məqsəd Azərbaycanın tarixi və turizm   imkanlarını yunan cəmiyyətinə və Yunanıstanda yaşayan fərqli icmalara təqdim etmək, iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığı inkişaf etdirmək, xalqları bir-birinə daha yaxından tanıtmaqdan ibarətdir.

Sərgi yerli ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar arasında bir sıra xarici ölkə səfirliklərinin nümayəndələri, yerli QHT-lərin təmsilçiləri də yer alıb. Eyni zamanda, layihə yerli kütləvi informasiya vasitələrinin də nəzərindən qaçmayıb. Yunanıstan mediası sərgi ilə bağlı bir neçə məqalə yayımlayıb.

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

30 Oktyabr 2019 13:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 İyun 2020 | 17:05
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə