Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tbilisidə Azərbaycan və Gürcüstan arasında musiqi əlaqələrinin inkişafı müzakirə olunub

Gürcüstanın paytaxtında   “Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbir Azərbaycanın Beynəlxalq Muğam Mərkəzinin (BMM) təşkilatçılığı, Gürcüstan Dövlət Folklor Mərkəzi və Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi ilə baş tutub.

Əsas məqsədi Azərbaycan muğam sənətini və milli mədəni irsinin təbliğatı olan layihənin ideya müəllifi BMM-in direktoru, xalq artisti Murad Hüseynov, koordinatoru tədqiqatçı-alim Gülhüseyn Kazımlıdır.

Gürcüstan Dövlət Folklor Mərkəzinin direktoru Giorgi Donadze çıxışında xatırladıb ki, Beynəlxalq Muğam Mərkəzi ilə bu ilin aprelində əməkdaşlıq haqqında memorandum imzalanıb. O, rəhbərlik etdiyi mərkəzin tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib.

G.Donadze Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb. Onun sözlərinə görə, Gürcüstan Dövlət Folklor Mərkəzi bu münasibətlərin gücləndirilməsinə dəstək verməyə hazırdır.

Mərkəz direktoru 2020-ci il ərzində həm Gürcüstan, həm də Azərbaycanda birgə konsert və müxtəlif mədəni görüşlərin planlaşdırıldığını qeyd edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

30 Oktyabr 2019 13:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə