Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkirdə daun sindromlu uşaqlar sosial reabilitasiya xidmətlərinə cəlb edilir

Şəmkirdə daun sindromlu uşaqlar sosial reabilitasiya xidmətlərinə cəlb edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sıfarişi və dəstəyi ilə  Şəmkir rayonunda “Sağlamlıq imkanları məhdud uşaqların (Daun sindromlu) sosial reabilitasiyası” adlı layihə həyata keçirilir.

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində yaradılan sosial reabilitasiya mərkəzinə daun sindromlu uşaqlar cəlb edilərək onlara sosial reabilitasiya xidmətləri göstərilir. Məqsəd bu kateqoriyadan olan uşaqların bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiyasına, onların ailələrinə dəstəyin göstərilməsidir.  

Mərkəzdə həm qrup şəklində, həm də fərdi şəkildə məşğələlər, praktiki dərslər keçirilir. Uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkili üçün də işlər aparılır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 Oktyabr 2019 12:54 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə