• RUB: 0.0259
  • TRY: 0.2937
  • EUR: 1.9673
  • USD: 1.7000
  • Bakı + 18.6 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar universitetdə yeni dərs ilinin açılışı yaddaqalan oldu...

Aqrar universitetdə yeni dərs ilinin açılışı yaddaqalan oldu...

Azərbaycan Dövlət Aqrar Universitetində yeni tədris ilinin açılış mərasimi yaddaqalan olub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun bu tədbirdə iştirak etməsi, professor- müəllim heyəti, tələbələrlə görüşməsi mərasimin daha maraqlı və yaddaqalan keçməsinə imkan yaradıb.

Universitetin Mühəndislik korpusunun həyətində təşkil edilən tədbiri giriş sözü ilə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Rektor universitetin maddi-texniki bazasının müasirləşdirilməsi və rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi ilə bağlı kənd təsərrüfatı nazirliyinin verdiyi dəstək,yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən aqrar siyasət kursunun nəticələri, qarşıda duran vəzifələr və bu vəzifələrin icrasında Azərbaycan Dövlət Aqrar Universitetinin rolundan söhbət açıb, professor-müəllim və tələbələri yeni dərs ili münasibətilə təbrik edib.

Tədbirdə iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov isə ölkədə aparılan uğurlu aqrar siyasətin nəticələrindən danışıb, Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəlim və tələbələrinə yeni dərs ilində uğurlar arzulayıb.

Nazir İnam Kərimov kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla  ADAU-ya qəbul olan tələbələrlə də görüşüb. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və dəstəyi ilə bu ildən etibarən Azərbaycan Dövlət Aqrar Universitetini fərqlənmə diplomu ilə bitirən tələbələr ixtisasları üzrə işlə təmin olunacaqlar. Bu il ilk dəfə 10 belə tələbənin işlə təmin olunacağını deyən nazir növbəti ildən bu rəqəmin daha da artacağına ümidvar olduğunu deyib. Kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradıldığı barədə məlumat verən nazir İnam Kərimov qeyd edib ki, xidmət yönümlü fəaliyyət göstəriləcək. DAİM-lərin işinin uğurla təşkili bu mərkəzlərdə gənc, peşəkar kadrların çalışmasını zəruri edir və ADAU DAİM-lərin peşəkar kadrlarla təmin olunmasında baza rolunu oynaya bilər.

Sonra qonaqlar aqronomluq fakültəsində akademik Cəlal Əliyev adına auditoriyanın açılışında iştirak edib, ADAU-da yaradılan heyvandarlıq, balıqçılıq, quşçuluq kompleksləri və istixanalarla, baytarlıq korpusunun 2-ci və 3-cü mərtəbələrinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə, aqrotexnologiya korpusu ilə tanış olublar.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

17 2018 16:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin