Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nümayəndəliyə beynəlxalq status verilib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizəfə potensialın artırılması" mövzusunda seminarda  qeyd edib ki, beynəlxalq status verilənədək nümayəndəliyə Azərbaycan vətəndaşı olan şəxslər rəhbər təyin edilirdilər. Amma beynəlxalq status verildiyi üçün artıq ÜST-nin Azərbaycan nümayəndəliyinə xarici ölkə vətəndaşları rəhbər təyin edilirlər.

Bu prosedurun BMT tərəfindən müəyyən edildiyini bildirən H.Harmancı əlavə edib ki, yerli nümayəndəliyin üzərindən beynəlxalq status götürülməyənə qədər ona yalnız xarici ölkə vətəndaşları rəhbər təyin ediləcəklər.

O, BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinə də beynəlxalq statusun verildiyini qeyd edib.

 

“Xalq qəzeti”

30 Oktyabr 2019 12:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə