Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşgüzar görüş

İşgüzar görüş

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib.

Iqtisadiyyat Nazirliyindən aldığımız məlumatda bildirilir ki, hər iki tərəfdən qida sənayesi, səhiyyə, bank, logistika, turizm və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox sahibkarın iştirak etdiyi tədbirdə Azərbaycanda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlar barədə məlumat verilib, iş adamları fəal əməkdaşlığa dəvət olunub.

İştirakçılar həmçinin, Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və ixracın artırılması, "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb, Azərbaycanın və Sankt-Peterburqun iqtisadi-ticarət potensialı, investisiya imkanları barədə təqdimatlar olub.

Tədbir çərçivəsində sahibkarlar mövcud əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələlərini müzakirə ediblər

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

 

30 Oktyabr 2019 12:04 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Oktyabr 2019 | 12:04
İşgüzar görüş

Köhnə versiyamızdan xəbərləri izlə