Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın müdafiə nazirinin fikirləri xəstə təxəyyülün məhsuludur

Ermənistanın müdafiə nazirinin fikirləri xəstə təxəyyülün məhsuludur

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin  mətbuat katibi Leyla Abdullayeva Ermənistan müdafiə nazirinin münaqişənin həlli ilə bağlı dediyi “Qarabağ məsələsi öz həllini tapıb” fikirinə münasibət bildirilməsi ilə bağlı KİV-in sualını cavablandırıb.

Leyla Abdullayeva deyib: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin iştirakı ilə uzun illərdir ki, səylərin davam etdiyi bir vaxtda işğalçı ölkənin müdafiə nazirinin belə bir fikirlə çıxış etməsi yalnız xəstə təxəyyülün məhsulu ola bilər.

Bilirsiniz, faşizmi qəhrəmanlaşdıran, Azərbaycanın ərazilərini işğal edərək bu torpaqlarda yaşayan yerli Azərbaycanlılara qarşı qanlı etnik təmizləmə həyata keçirən və Xocalı soyqırımı kimi vəhşilik törədən bir ölkənin müdafiə nazirindən daha nə gözləmək olar?! Ancaq bir məqamı vurğulamaq istərdim, Ermənistanda qəhrəman səviyyəsinə yüksəldilən faşist cəlladı Qaregin Njde də vaxtı ilə məsələnin həll edildiyini düşünürdü, ancaq onun aqibətinin necə olduğu hamıya bəllidir.

Ermənistan - Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq prinsipləri tam təmin edildikdən və ədalət bərpa olunduqdan sonra, beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü bərpa edildikdən sonra həll olunacaq.

 

“Xalq qəzeti”

29 Oktyabr 2019 15:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə