Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNEC-də “Bir kəmər bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?” mövzusuna həsr olunan tədbir keçirilib

Tədbirdə UNEC-inrektoru, professor  Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə yanaşı, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq iqtisadi təşkilatların, elm və təhsil müəssisələrinin nümayəndələri iştirak edib.

UNEC-inrektoru, professor Ədalət Muradov universitetdə “Elm həftəsi” çərçivəsində elmi fəaliyyəti canlandırmaq məqsədilə yaradılan ixtisaslaşmış tədqiqat mərkəzlərinin seminarlarının keçirildiyini bildirib. Bugünkü tədbirin “Bir kəmər bir yol” mövzusuna həsr olunduğunu deyən rektor, bu layıhənin Azərbaycan iqtisadiyyatına böyük töhfələr verə biləcəyini deyib. Bunun üçün “Bir  kəmər bir yol”layihəsi ilə bağlı ciddi tədqiqatlara ehtiyac olduğunu diqqətə çatdıran Ədalət Muradov tədbirin UNEC-in Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin və “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının təşəbbüsüilə təşkil olunduğunu  qeyd edib.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə UNECdə iqtisadiyyatın və elmin aktual mövzularına həsr olunan müzakirələri naparıldığını və tədqiqatların genişləndirildiyini bildirib. Müzakirə olunan mövzunun əhəmiyyətini diqqətə çatdıran akademik, Qədim İpək Yolunun bərpasıilə  bağlı  90-cı illərin əvvəllərində onun rəhbərliyiilə aparılan tədqiqatlardan söz açıb. Azərbaycanın qlobal dünya iqtisadiyyatında ən böyük layihə sayılan “Bir Kəmər Bir Yol” layihəsinin fəal iştirakçı olduğunu bildirən komitə sədri, bu kimi layihələrin ilk növbədə ölkənin milli maraqlarına xidmət etdiyini vurğulayıb. Çinin əldə etdiyi iqtisadi uğurda məhz həmin milli maraqların qorunduğunu bildirib.

Millət vəkili Tahir Mirkişili mövzunun aktuallığına diqqət çəkərək, layihənin  iqtisadi və geosiyası tərəflərindən danışıb. Bugün ən geniş ticarətin Avropa və Asiya arasında aparıldığını deyən millət vəkili, dünya iqtisadiyyatının həcmini artırmaq üçün ölkələr arasında əlaqələrin genişləndirilməsinə ehtiyac olduğunu bildirib. Millət vəkili Çinin irəli sürdüyü layihənin həm maliyyə, həm də əhatəlilik baxımından çox böyük olduğunu, 65 ölkəni əhatə edən layihəyə təxminən 4 trilyon dollara qədər vəsaitin qoyulmasının nəzərdə tutulduğunu deyib. “Bir kəmər Bir yol” layihəsində 6 marşrutdan yalnız birinin Azərbaycandan keçdiyini və Azərbaycanın layihənin yükdaşımalarında ən zəngin “dəhlizə” malik olduğunu diqqətə çatdırıb. Azərbaycan-Çin münasibətlərinin yüksələn xətt üzrə qarşılıqlı inkişaf etdiyini və hər iki ölkə arasında xarici ticarət dövriyyəsinin son 9 ayda 2,4 dəfə artdığını deyən millət vəkili Azərbaycanın informasiya tranzitində də maraqlı olduğunu bildirib. T.Mirkişili ölkənin “Bir kəmər bir yol” layihəsində mərkəzi rola sahib olması üçün insan kapitalına ehtiyac olduğunu vurğulayıb. O, universitetlərin kadr hazırlığında aparıcı rol oynadığını və UNEC-in bu istiqamətdə güclü elmi potensialının olduğunu qeyd edib.

“Bir kəmər bir yol” Alyansı Baş katibinin elm və texnologiyalar üzrə müavini Ph.DliRenying çıxış edərək, UNEC-in təşəbbüsüilə keçirilən tədbirin “Bir kəmər bir yol” layihəsində Azərbaycanın və Çinin iqtisadi maraqlarının öyrənilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Azərbaycanlı və çinli alimlərin əməkdaşlıq istiqamətində araşdırmalar aparmasına və yüksək ixtisaslı kadrların hazırlanmasına ehtiyac olduğunu diqqətə çatdıran L.Renying unversitetlərin bu baxımdan böyük rol oynadığını diqqətə çatdırıb. Sonra çinli alim “Bir kəmər bir yol” layihəsinin məqsədi və perspektivləri barədə təqdimatla çıxış edib.

Çıxışlardan sonra Azərbaycanın regional bazarlarda iştirakının genişləndirilməsində layihənin rolu, regional və milli iqtisadi əhəmiyyəti, investisiyaların Azərbaycana cəlb edilməsi potensialı, layihə çərçivəsində ali təhsilin maliyyələşdirilməsi və digər suallar cavablandırılıb.

Tədbir müzakirələrlə davam edib. TRASEKA-nın Azərbaycan üzrə milli katibliyinin rəhbəri Akif  Mustafayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vuqar Zeynalov, “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının müdiri, akademik Əli Abbasov və digər çıxış edənlər mövzuilə bağlı fikirlərini bölüşüblər, təkliflər səsləndiriblər.

"Sərhədsiz Elm" Ümumdünya Elmi ƏməkdaşlıqTəşkilatının(WOSCO, Almaniya) prezidenti, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin prezidenti, İAS və Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, professor, geologiya və mineralogiya elmləri doktoru Elçin Xəlilov çıxışında öz təklifləri barəsində daha ətraflı danışdı. Çıxışında o dedi:

“Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin strategiyası və TRASEKA proqramı çərçivəsində, İpək Yolu marşrutlarının yenidən qurulmasına yönəlmiş strategiyasına və Çin Prezidenti Si Tszinpinin irəli sürdüyü "Bir kəmər və bir yol" konsepsiyasına əsasən, Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatının dəstəyi ilə Azərbaycan və Çin alimlərinin Birgə Məşvərət Təşəbbüs Komitəsielmi konsepsiya hazırladı. Bu konsepsiya vurğulayır ki, "İpək yolu" və "Bir kəmər bir yol "ın rəsmi xəritələrində, çox vaxt "Strabon yolu" adlandırılan İpək Yolu marşrutlarından birinin - Azərbaycandan keçən marşrutu göstərilmir.

Çinin aparıcı alimləri - tarixçiləri, geosiyasətçiləri və iqtisadçıları ilə bu problemin çoxsaylı müzakirələri göstərdi ki, bunun əsas səbəbi Xəzər dənizidir. Bunun sayəsində Çin alimləri və siyasətçilərinin fikrincə, qədim zamanlarda Asiyadan Qafqaza karvan keçirmək mümkün deyildi və onlar Xəzər dənizini və Azərbaycanı da şimaldan və cənubdan ətrafından keçirdilər. Bunun nəticəsində, Azərbaycan "bir kəmər və bir yol" təşəbbüsü çərçivəsində Çinin bir çox irimiqyaslı infrastruktur iqtisadi layihələrində fəal iştirak edə bilmir.

Bununla yanaşı, Azərbaycan elm adamlarının  son elmi kəşfinə əsasən,eramızdan əvvəl VII əsrin sonuna qədər Xəzər dənizinin üzərindən Abşeron yarımadasından Türkmənistan sahilinə qədər quru keçidinmövcudluğunu təsdiqləyən tarixi və geoloji faktlar var. İpək Yolunun ən aktiv və ən qısa marşrutlarından birinin keçdiyi Qafqaz və Asiyanı birləşdirən bu yol böyük bir regionun tarixinitamamilə dəyişir.

Elmi konsepsiya, qədim Abşeron yarımadasını Qərbi Türkmənistan sahilləri ilə bağlayan və elmə məlum olmayan İpək Yolunun ən qısa marşrutununtarixi-geoloji kəşfinə əsaslanır. Eramızın 7-8-ci əsrlərində Xəzərdə tektonik proseslər və suyun səviyyəsinin yüksəlməsi nəticəsində  bu guru keçid  suyun altına qərq oldu və hal xazırda dənizin içərisində çox dayaz dərinlikləri olan Abşeron eşikidir.»

 Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində araşdırmaların aparılmasınınvacibliyindən danışan Ədalət Muradov, “Bir kəmər bir yol” layihəsi ilə bağlı ciddi tədqiqatlara ehtiyacın olduğunu və bu istiqamətdə UNEC-in təşəbbüslə çıxış edəcəyini bildirib. Rektor layihə ilə bağlı mütəxəssis çatışmazlığını nəzərə alaraq, “Bir kəmər bir yol” alyansı ilə birlikdə çinlilər üçün UNEC Eksterndə Xəzər dənizi ilə bağlı distant sertifikat proqramının reallaşdırılacağını qeyd edib.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

29 Oktyabr 2019 11:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə