Ən son xəbərlər

Son buraxılış
Arxiv

ANAMA əməkdaşları “Mahmudçala” ovçuluq təsərrüfatında əməliyyatları davam etdirir

ANAMA əməkdaşları “Mahmudçala” ovçuluq təsərrüfatında əməliyyatları davam etdirir

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisinə sentyabrın 16-ı baxış keçirilib. Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 3 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 9 000 kv.m əraziyə yerüstü və 400 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

16 gün ərzində ərazidə aparılan  əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 769 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança, 1  ədəd AK-74 avtomatı aşkar olunub, 150 800 kv.m əraziyə yerüstü və 8 855 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

 

17 2018 16:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin