Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdaşda “Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilib

Ağdaşda “Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilib

Oktyabrın 28-də Ağdaş Rayon Telekommunikasiya Qovşağında “Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilib. 
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şəbəkə” Xidmət Mərkəzi ilə tanış olub. 
Qeyd edək ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də kompleks yenidənqurma tədbirləri reallaşdırılır. Yüksək texnoloji tutumlu və rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunun genişləndirilməsi, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edir. Bunun üçün  bir neçə perspektiv layihələr üzrə əməli işlər görülür. Bunlardan biri də Prezident İlham Əliyevin tapşırıqlarına əsasən 2017-ci il fevralın 10-da "Şəbəkə" xidmət mərkəzlərinin yaradılmasıdır. Yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkandan təqdim olunur. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən əlavə bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və pul köçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev xidmətin fəaliyyət istiqamətləri barədə dövlətimizin başçısına məlumat verdilər. Bildirildi ki, “Şəbəkə” Xidmət Mərkəzinin yaradılmasında məqsəd nazirliyin bütün xidmətlərini əhaliyə vahid məkanda təqdim etməkdir. Xidmətləri vahid məkanda cəmləməklə vətəndaşların vaxt itkisini aradan qaldırmaq, həmçinin xidmətlərə görə dövlət xərclərinə qənaət etmək mümkün olacaq.
Diqqətə çatdırıldı ki, “Şəbəkə” Xidmət Mərkəzində poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, elektron hökumət, elektron imza, valyuta mübadiləsi, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmət növləri təqdim olunacaq.
Sonda xatirə şəkli çəkdirildi. 

AZƏRTAC 

29 Oktyabr 2019 01:08 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə