Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Politoloq: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatının sammitində ciddi uğurlara imza atdı

Politoloq: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatının sammitində ciddi uğurlara imza atdı

Politoloq Arzu Nağıyev bildirib ki, Bakıda keçirilən Qoşulmama Hərəkatı çox böyük uğurla başa çatdı və mühüm bəyanatların qəbulu ilə yadda qaldı.

Politoloq qeyd edib ki, bu zirvə görüşü Azərbaycanın növbəti və mühüm qələbəsini əks etdirən önəmli beynəlxalq tədbir idi: "Prezident İlham Əliyevin çıxışında və keçirdiyi görüşlərdə Azərabaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, Ermənistanın işğalçı bir dövlət olması Hərəkatın üzvü olan 120 dövlətin diqqətinə çatdırıldı və sənədlərdə əksini  tapdı. Yəni Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsi nəticəsində tək Azərbaycanın ərazi bütövlüyünə deyil, eyni zamanda beynəlxalq səviyyədə terrorizmin, separatizmin dəstəklənməsi ilə ağır fəsadlara yol açılması bir daha təsdiqləndi. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın dünyəvi bir dövlət olduğunu, müstəqilliyin qorunmasının, təhlükəsizliyin təminatının, multikultural dəyərlərə hörmətlə yanaşmanın zəruriliyini xüsusi olaraq vurğuladı.

 Azərabaycan bir daha dünyanın 200-ə yaxın dövlətinin tədbirdə təmsil edilən üçdə iki hissəsinin qarşısında ən mühüm tədbirlərin necə yüksək səviyyədə və tam təhlükısizliyə təminat verilən bir şəraitdə keçirilməsini göstərdi. İstər ikitərəfli görüşlərdə, isətərsə də sammit vaxtı dünya dövlətləri Azərbaycanın iqtisadi, siyasi və mədəni–humanitar sahədə mühüm və ciddi tərəfdaş olduğunun şahidi oldular. Təbii ki, burada Azərbaycan diplomatiyasının uğuru da qeyd edilməlidir, bu məsələ də iştirakçı dövlətlərin nümayəndələrinin çıxışlarında yer aldı. Ən mühüm məqamlardan biri iştirakçı dövlətlərin ölkəmizdə insan hüquq və azadlıqlarına, qanunların aliliyinə və mətbuat azadlığının təmin olunmasına zəmanət verildiyinin canlı şahidi olduqlarını qeyd etmələri idi. Qoşulmama Hərəkatının Zirvə Görüşü tərəfindən Azərbaycanın ərazi bütövlüyünə ciddi dəstək ifadə olundu və bu dəsətəyin əldə edilməsində Azərbaycan rəhbərliyinin və təbii ki, cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin çox mühüm rolu danılmaz bir faktordur".

28 Oktyabr 2019 16:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə